Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Şəhid övladının ad günü qeyd olundu

0

  •        Nəsirov Xəqani Kamran oğlu 44 günlük haqq savaşımızda qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Vətən oğulllarından biridir. Bu gün şəhidimizin qızı Nazəninin 13 yaşı tamam olur.        Xocalı rayon İcra Hakimiyyətinin və Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Xocalı rayon Komitəsinin təşklatçılığı ilə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Xocalı rayon Komitəsinin sədri Yaşar Salahov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Orxan Məmmədov, "Xocalı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin əməkdaşı Nəcibə Ramazanova, Şəhidin ailəsinə baş çəkib, gül balamızı təbrik edərək birlikdə ad gününü qeyd ediblər. Rayon icra hakimiyyətinin başçısı Şahmar Usubovun təbriklərini çatdıran qonaqlar Nazəninə hədiyyələr veriblər.       Səmimi söhbət zamanı Ali Baş Komdandanımız, Cənab Prezidentimiz İlham Əliyevin tapşırığı ilə bu kateqoriyadan olan ailələrə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyi xüsusi vurğulanıb. Şəhidimizin atası Kamran Nəsirov şəhid ailələrinə və oğlu Xəqaninin ailəsinə göstərilən növbəti qayğı kimi qeyd edib.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib37 dəfə
    Şəhid övladının ad günü qeyd olundu

    Maraqlı gələ bilər
    0
    39
    36